Lia
wear your confidence

Meet Ara, the modular phone

Lia haqqında

Sizə sonuncu dəfə nə vaxt qaməti düzəltməyi məsləhət görüblər? Əgər elə indi oturuşunuza və duruşunuza nəzər yetirsəniz, çox güman ki, belinizi əydiyinizi görəcəksiniz. Lia bunu aradan qaldırmaq üçün ixtira edilmişdir!
Proqram təminatına ilə tətbiq edilmiş geyilə bilən cihaz, qamətin düz saxlamaq vərdişini yaranmasına kömək edir. Lia sizə daima belinizi əyməməyi xatırladır. Cihaz sizin bədəninizin yuxarı nahiyyəsinin vəziyyətini təyin edir. Duruşunuz yanlış olduqda, Lia mobil telefonunuza bildiriş göndərib xatırladır ki, oturuşunuzu və duruşunuzu düzgün formada əzələ yaddaşınıza həkk etdirəsiniz.

Niyə məhz Lia?

Bilirsinizmi, əhalinin 80%-i həyatlarının müəyyən məqamlarında onurğa sütununun aşağı nahiyyəsi ağrılarını hiss etmələri gözlənilir. Qamətin yanlış duruşu bel ağrılarına səbəb olan əsas mövhumdur. Bel əyilməsi nəinki özünə inamı və cazibəni azaldır, həmdə baş, çiyin və boyun ağrılarına səbəb olur və hətta, ağ ciyərin işləmə funksiyasını azaldır. Cihazın sensorlu olması bədəninizin yuxarı nahiyyəsinin vəziyyətini təyin edir. Cihaz fərdi olaraq istifaçiyə uyğunlaşmasına baxmayaraq, fiziki və yaş durumundan asılı olmadan, bu cihaz hər kəs üçün nəzərdə tutulmuşdur.

Öz görkəminizdən və çiyinlərinizdən Lia proqram təminatı vasitəsilə xəbərdar olun.

Araşdırmalara əsasən, şəxsin vərdiş qazanması üçün 3-4 həftə lazımdır. Digər qamət düzəlişinə yardımçı olan metodlardan fərqli olaraq, Lia Sizin əzələ yaddaşınızı uyğunlaşdır və hərəkətinizi məhdudlaşdırmır, bundan əlavə Lia geyiminizin altında görünmür və rahatdır.

Çiyinlərin duruşu nataraz olduğu zaman, Lia Sizə bildiriş göndərir. Bu halda, çəki düzgün paylaşılmadığı üçün sağlamlığınıza yan təsiri vardır. Bizim proqram təminatı ilə Siz öz nəticələrinizin inkişafı, eləcə də nailəyətləriniz haqqında məlumatlanıb və yeni hədəflər qoyacaqsınız!

Bizim komandamız

Arif Mövsumzadə
Avadanlıq istehsalçısı
Ülviyyə Rüstəmova
Proqram təminatı istehsalçısı
Fidan Rüstəmova
Layihə meneceri
Aleksey Cəfərov
Avadanlıq mühəndisi
Anar Əliyev
Proqram təminatı istehsalçısı

Rəylər

Bu çox aktual sualdır, çünki bizim dövrümüzdə hər kəs belini əyir. Mənim də eyni problemim var və belimi düz saxlamaq yadımdan çıxır. Lia avadanlığını işlətməyin nəticəsi müsbətdir. İrəliləyiş aydın görülür, mən belimi daha az əyirəm və qamətimi daima düzəltmək vərdişi yaranır.

Mənim üçün bu avadanlığın ən önəmli üstünlüyü odur ki, sən özünə kömək edirsən. Daha öncə mən heç vaxt qamətimə nəzər yetirmirdim. Lia-nı istifadə etdikdən sonra gəzişimə və oturuşuma diqqət yetirirəm. Və hal-hazırda daha tez-tez belimi düz saxlayıram. Zaman keçdikcə. qamətinizi əymək istəyiniz azalır.

Dəstək Olanlar

Bizimlə Əlaqə


contact@spinal.team